Tacikistan Rusiyanın ali təhsil müəssisələrində ölkə vətəndaşlarının təhsili üçün ayrılan kvotaların artırılmasını təklif edib.
Bakues.az Sputnik Tacikistan-a istinadən xəbər verir ki, bu məsələ Tacikistanın elm və təhsil nazirinin müavini Muzaffarzoda ilə “Rossotrudniçestvo” rəhbərinin müavini Kiselyova arasında keçirilən görüşdə müzakirə olunub.
Tacik tərəfi həmçinin ən çox tələb olunan ixtisaslar üzrə müəllim hazırlığı üçün ayrıca yerlərin ayrılmasını və ali məktəblərə qəbul olmaq istəyənlər üçün birillik rus dili kurslarının təşkilini təklif edib.
Son məlumatlara görə, Rusiyanın ali təhsil müəssisələrində Tacikistandan olan 22 mindən bir qədər çox tələbə təhsil alır.




