“Rusiyanın müharibəsinə cavab olaraq həyata keçirdiyimiz nümunəvi Ukrayna əməliyyatı. Bu tapşırıqların yerinə yetirilməsində iştirak edən Ukrayna Təhlükəsizlik Xidmətinin və bütün Ukrayna Müdafiə Qüvvələrinin hərbçilərinə təşəkkür edirəm. Dünən və bu gün əməliyyatın gedişi ilə bağlı ətraflı məruzələr dinləmişəm, qarşıya qoyulan məqsədlərə nail olunub”.

Bakues.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski sosial mediada yazıb.

“Bütün bunlar Liviya sahilləri yaxınlığında baş verib. Hərbçilərimiz Ukrayna istehsalı olan yeddi dəniz pilotsuz aparatından istifadə ediblər. Düşmənin bütün müqavimət cəhdlərinə baxmayaraq, Rusiyanın “Merkuri” korveti batırılıb. Bu, Rusiyanın ən yeni hərbi gəmilərindən biridir və 2023-cü ildə, artıq genişmiqyaslı müharibə dövründə silahlanmaya qəbul olunub. Korvetlə birlikdə Ka-27 döyüş helikopteri də məhv edilib.

İkinci hədəfimiz Rusiyanın silah daşınması üçün istifadə etdiyi MV ANGARA yük gəmisi olub. Nəticədə gəmiyə zərər dəyib. Müəyyən edilmiş akvatoriyalarda əməliyyatlarımızı davam etdiririk. Rusiyanın təcavüzünə cavab veririk. Ukrayna silahlarını inkişaf etdiririk”, - Ukrayna dövlət başçısı vurğulayıb.