Ukrayna ordusu Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan Vesyoloye qəsəbəsində avtomobil dayanacağına pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Bakues.az “İnterfaks“a istinadən xəbər verir ki, hücum nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ukrayna ordusunun Belqorod vilayətinə hücumları nəticəsində isə daha 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılar arasında bir yaşlı uşaq da var.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə ərazisi üzərində Ukraynaya məxsus 343 pilotsuz uçuş aparatını vurub.