Elgiz Əkbərin özünə məxsus YouTube kanalında yayımlanan "Şadlıq olsun” layihəsinin ARB Televiziyası ilə heç bir əlaqəsi yoxdur.
Bakues.az xəbər verir ki, layihənin çəkilişləri zamanı ARB Televiziyasına məxsus texniki avadanlıqdan, pavilyondan və əməkdaşların xidmətindən istifadə olunmur.
Qeyd edək ki, Elgiz Əkbər hazırda ARB Televiziyasının əməkdaşı olsa da, hələ ki televiziyanın heç bir layihəsində iştirak etmir və hər hansı layihə üzrə öhdəlik daşımır.
AÇIQLAMA1 dəqiqəlik oxu
ARB TV-dən Elgiz Əkbərlə bağlı

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



