Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 54,8 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.
Bakues.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.
Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 137,9 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 58 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 10 % azdır.




