Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.
Bakues.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,21 ABŞ dolları və ya 4,4% artaraq 100,34 ABŞ dolları olub.
Bundan əvvəl Azərbaycan nefti 96,13 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.




