Bu cür oyunlar hər zaman çətin olur. Birinci hissədə topa sahib olmağımız 70 faizdən çox idi.
Bakues.az xəbər verir ki, bunu “Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Çox bəsit qol buraxdıq. Nəticə olaraq üç xal qazandıq. İkinci hissədə daha intensiv oyun getdi. Digər oyunçularımıza da çox şans vermək istədik. Üstünlük bizdə idi”, - deyə baş məşqçi bildirib.
Mütəxəssis dördüncü qolun müəllifi Qabriel Jezus haqqında xoş fikirlər səsləndirib. Onun sözlərinə görə, hər oyunda qazanılan qələbə komanda üçün vacibdir: “Səhv etmirəmsə, Azərbaycana dördüncü səfərimdir. Möhtəşəm şəhəriniz var. Çox inkişaf edib. “Sabah” qəhrəmancasına mübarizə apardı. Komandaya uğurlar arzulayıram. Çempionlar Liqasında iştirak edirsənsə, demək ki, böyük klubsan”.




