Azərbaycan və Litva xarici işlər nazirləri iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.
Bakues.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, sənədin imzalanması Azərbaycan-Litva münasibətlərində mühüm mərhələdir.
Birgə Bəyannamə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, əlaqələrin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılar və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişafı üçün yeni çərçivə yaradır.




