“Black Friday” adı ilə alıcıları endirimə cəlb edən Baku Electronics-də qiymətləri müqayisə edən müştəri maraqlı mənzərə ilə qarşılaşıb.

Bakues.az xəbər verir ki, bu barədə media və marketinq eksperti Teymur Hacıyev sosial şəbəkə hesabında paylaşım edib. O, şirkətin “Black Friday” kampaniyası çərçivəsində məhsulların qiymətlərini müqayisə edərək diqqətçəkən məqamlara toxunub.

Belə ki, bir məhsulda 300 manatlıq endirim görüntüsü yaradıldığı halda, digər məhsulun qiymətinin 40 manat artırıldığı iddia olunur.

Bu isə endirim kampaniyalarının nə dərəcədə real olması ilə bağlı suallar yaradır. Endirim adı altında istehlakçıları çaşdırmaq yolverilməzdir.

YouTube

Asim