Balakəndə 66 yaşlı kişi bıçaq xəsarəti alıb.
Bakues.az xəbər verir ki, hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahov sinəsindən bıçaq xəsarəti alıb.
Ona xəsarət yetirməkdə qardaşı, 1957-ci il təvəllüdlü Məhəmməd Malahov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqəlik oxu
Balakəndə 66 yaşlı kişi bıçaqlanıb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



