UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması tribunada baş verən hadisələr səbəbindən 25-ci dəqiqədə dayandırılıb.
Bakues.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan matçda yerli polisin "Beşiktaş" azarkeşlərinə müdaxiləsindən sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb.
İnsident zamanı "Beşiktaş"ın bir azarkeşi xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları isə azarkeşi sakitləşdirməyə çalışıblar.
Bundan başqa, Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.
1 dəqiqəlik oxu
"Beşiktaş" – "Hapoel" matçı tribunada baş verən hadisələr səbəbindən dayandırılıb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



