Amerikalı müğənni Britni Spirs uzun müddət davam edən ailə münaqişəsindən sonra Şükranlıq bayramını valideynləri, bacısı və iki oğlu ilə birlikdə keçirib.
Bakues.az xəbər verir ki, bu barədə “TMZ” portalı məlumat yayıb.
Məlumata görə, 44 yaşlı müğənni ABŞ-ın Luiziana ştatındakı doğma şəhəri Kentvudda anası Linn, atası Ceymi, bacısı Ceymi Linn və oğulları Şon Preston və Ceyden Ceymslə birlikdə istirahət edir.
Britni Spirs Londondakı tətilindən sonra ailəsinin yanına qayıdıb. Onun ailə üzvləri və dostları ilə şəhərdə gəzintiyə çıxdığı bildirilir.
Ailə üzvlərinin bir araya gəlməsi müğənninin bir neçə gün əvvəl “Instagram” hesabında yaxınlarından üzr istəməsindən sonra baş verib. O, paylaşımında ailəsi üçün çox darıxdığını etiraf edib. Lakin həmin paylaşım sonradan silinib.
Qeyd edək ki, Britni Spirs uzun illər atası Ceymi ilə münasibətlərində problemlər yaşayıb. Buna səbəb atasının uzun müddət onun qəyyumu olması olub. 2022-ci ildə müğənninin xatirə kitabı nəşr edildikdən sonra bacısı ilə də münasibətləri pisləşib. O, anasını da dəfələrlə açıq şəkildə tənqid edib.
Xatırladaq ki, daha əvvəl Britni Spirsin Castin Timberleykin təklifini rədd etdiyi barədə məlumat yayılmışdı.
Lalə




