İranın Küveytin strateji əhəmiyyətli obyektlərindən birinə hücumu nəticəsində dörd nəfər xəsarət alıb.
Bakues.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Yaralananlardan biri Küveyt, ikisi İtaliya, biri isə Pakistan vətəndaşıdır.
Küveyt ordusunun bəyanatına əsasən, ölkənin silahlı qüvvələri Küveytin hava məkanında bir sıra düşmən PUA-larını aşkar edərək onlara qarşı tədbirlər görüblər. Əlavə edilib ki, qəlpələrin düşməsi nəticəsində dörd nəfər yaralanıb, həmçinin maddi ziyan qeydə alınıb. Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Küveyt Silahlı Qüvvələri ölkənin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunması, eləcə də vətəndaşların və ölkədə yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi üçün hərbi hazırlığın davam etdirildiyini və bütün zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
1 dəqiqəlik oxu
İranın Küveytə dron hücumu nəticəsində dörd nəfər xəsarət alıb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



