Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq.

Bakues.az "Report"a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, filmlər Azərbaycan irsinə səyahət silsiləsinin başlanğıcıdır.

Layihə çərçivəsində "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi, "İşquz dövləti" bədii-sənədli filmi və "Memar Əcəmi: Daşlara yazılan tale" bədii-sənədli filmi ərsəyə gətirilib.