Cəlilabad rayonunda içməli su təchizatında fasilə yaranıb.

Bakues.az "APA"ya istinadən xəbər verir ki, rayonun Uzuntəpə kəndi ərazisindən keçən 110 mm-lik magistral içməli su xəttində qəza baş verib. Nəticədə rayonun bir hissəsinə suyun verilişi dayanıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.