Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin dekabr ayında vətəndaşların qəbul cədvəli açıqlanıb.
Bakues.az xəbər verir ki, qəbul aşağıdakı tarixlərdə keçiriləcək:
1 dekabr – Prezidentin köməkçisi Zeynal Nağdəliyev;
2 dekabr – Prezidentin köməkçisi Natiq Əmirov;
3 və 17 dekabr – Prezidentin köməkçisi Fuad Ələsgərov;
4, 11 və 25 dekabr – Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənov;
4 dekabr – Prezidentin köməkçisi Şahmar Mövsümov;
7 dekabr – Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov;
8 dekabr – Prezidentin köməkçisi Kərəm Həsənov;
9 dekabr – Hərbi məsələlər şöbəsinin müdiri Fərid Seyidov;
10 dekabr – Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva;
11 dekabr – Prezidentin köməkçisi Hikmət Hacıyev;
14 dekabr – Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov;
15 dekabr – Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev;
16 dekabr – Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev;
18 dekabr – Prezidentin Mətbuat katibi Orxan Səttarov, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi, Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru;
21 dekabr – Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov;
22 dekabr – Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov;
23 dekabr – Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov;
24 dekabr – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi;
25 dekabr – Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev;
28 dekabr – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov.
Vətəndaşların qəbulu Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində keçiriləcək.
Qəbul saat 14:00-da başlayır. Qəbula yazılış qəbul gününə ən geci bir iş günü qalmış dayandırılır.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79.
Əlaqə: Çağrı Mərkəzi – 1111.
2 dəqiqəlik oxu
Prezident Administrasiyasında dekabr ayı üzrə vətəndaşların qəbul cədvəli

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



