Avropanın sənaye şirkətlərinin yarısı yüksək enerji və işçi qüvvəsi xərcləri, eləcə də Çin istehsalçılarının rəqabəti səbəbindən çətin maliyyə vəziyyətindədir.

Bakues.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bu, "McKinsey" konsaltinq şirkətinin məlumatlarında yer alıb.

Məlumata görə, 2026-cı il üçün Avropa regionundakı istehsalçıların təxminən 50 faizi maliyyə çətinlikləri ilə üzləşir və ya böhran vəziyyətindədir. Bu göstərici 2025-ci ildə 45 faiz, 2024-cü ildə isə 42 faiz olub.

Bu vəziyyət təxminən 3,7 milyon iş yerini təhlükə altına qoyur.

Tədqiqat maşınqayırma, avtomobil istehsalı, elektrotexnika və material istehsalı kimi sahələrdə illik gəliri 100 milyon avrodan çox olan təxminən 1200 Avropa dövlət və özəl müəssisəsini əhatə edib.

İlkin məlumatlara görə, şirkətlərin 42 faizi böhran vəziyyətində, 8 faizi isə maliyyə stressi altındadır.

Lalə