İran ABŞ-ın Böyük Britaniya, Almaniya və Bolqarıstandakı Amerika hərbi bazalarını hədəfə ala bilər.

Bakues.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Abbas Moxtadaei ölkənin SNN xəbər agentliyinə müsahibəsində bildirib.

“Böyük Britaniya, Almaniya və ya Bolqarıstandakı Amerika bazası bizim üçün Bəhreyndəki Amerika bazasından fərqlənmir. Əgər ABŞ İrana qarşı əməliyyatlar keçirmək üçün hər hansı ölkənin ərazisindən istifadə edərsə, həmin ərazi İranın cavab zərbələrinin hədəfinə çevrilə bilər”, – o vurğulayıb.

İranlı deputat qeyd edib ki, Tehran ABŞ bazalarının yerləşdiyi coğrafi ərazini nəzərə almadan, ölkəyə qarşı hücumlarda iştirak edən hərbi obyektləri hədəf ala bilər.