İran ordusu Fars körfəzi üzərində ABŞ-a məxsus “LUCAS” tipli pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.

Bakues.az xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında bildirilib.

Qeyd olunub ki, ABŞ-a məxsus PUA Hörmüz boğazının şərqində, İranın vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında aşkarlanıb.

İran ordusunun məlumatına əsasən, pilotsuz uçuş aparatı ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus yerli istehsal sistemləri vasitəsilə vurularaq məhv edilib.