İran Küveytin həyati əhəmiyyətli obyektlərindən birinə hücum etməsi barədə ittihamları təkzib edib.

Bakues.az xəbər verir ki, bunu ölkənin Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi bildirib.

Onun sözlərinə görə, bu ittihamlar İsrail və ABŞ-ın regionda qeyri-sabitliyi artırmaq cəhdlərini ört-basdır etməyə xidmət edir.

“İsrail və ABŞ qüvvələrinin keçmişdəki düşmənçilik fəaliyyətlərini, saxta bayraq altında həyata keçirdikləri əməliyyatları və regional avantüralardakı rolunu nəzərə alsaq, bu ittihamlar onların əməllərini davam etdirmək və regionda qeyri-sabitliyi artırmaq cəhdlərini ört-basdır etmək kimi qiymətləndirilir”, – deyə Şekarçi bildirib.

O, Küveyt ordusunun açıqlamalarını qəti şəkildə təkzib edərək İran Silahlı Qüvvələrinin regionda heç bir hərbi və ya hücum əməliyyatı həyata keçirmədiyini vurğulayıb.