İstanbul polisi Kartal bələdiyyəsində şəhərsalma layihələri ilə bağlı aparılan istintaq çərçivəsində on nəfəri saxlayıb.

Bakues.az xəbər verir ki, bu barədə İstanbul Anadolu Baş Prokurorluğu məlumat yayıb.

İddialara görə, bələdiyyə rəsmiləri binalara baş çəkmədən hesabatları təsdiqləyiblər və şübhəlilərin bank hesablarında yüksək əməliyyat həcmləri aşkarlanıb.