Rusiyanın Varşavadakı səfiri pilotsuz uçuş aparatı ilə bağlı insidentlə əlaqədar Polşa Xarici İşlər Nazirliyinə çağırılacaq.
Bakues.az xəbər verir ki, bu barədə Polşa XİN məlumat yayıb.
Xatırladaq ki, noyabrın 20-də Polşa hakimiyyəti Lublin və Podkarpatski voyevodalıqlarının sakinlərinin hava hücumu siqnalı ilə oyanmasından sonra ölkənin hava məkanının pozulması barədə məlumat verib. Bundan sonra media Ukrayna sərhədindən 46 km aralıda yerləşən Noviy Lipovets kəndində naməlum PUA-nın qəzaya uğraması barədə məlumat yayılıb.




