Kolumbiyanın Kartaxena şəhərində supermarketdə 25 nəfər girov götürülüb.

Bakues.az xəbər verir ki, bu barədə noyabrın 24-ü Kolumbiya Prezidenti Abelardo De La Esprielya bildirib. 

O, hadisə yerinə polis əməkdaşlarının və Silahlı Qüvvələrin bölmələrinin göndərildiyini qeyd edib.

Prezidentin sözlərinə görə, əvvəlcə 30 nəfər girov saxlanılıb. Onlardan beşini – yaşlı qadınları – azad etmək mümkün olub. Esprielya bildirib ki, bu şəxslər uğursuz qarət cəhdindən sonra supermarketdə gizlənən adi cinayətkarlardır.

Yerli medianın məlumatına görə, hadisə Kartaxenanın La-Kastelyana rayonunda "Exito" supermarketlər şəbəkəsinin filialında baş verib. Ərazi polis və hərbçilər tərəfindən mühasirəyə alınıb.