“ABŞ Prezidenti Donald Tramp Üçüncü Dünya müharibəsinin qarşısını alıb”.

Bakues.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Fransanın “Le Point” nəşrinə verdiyi müsahibədə deyib.

“Əgər hər şey Baydenin dövründə olduğu kimi getsəydi - bu, mümkün deyildi – (Ukraynada) münaqişənin genişlənməsini artıq görə bilərdik. Əgər Üçüncü Dünya müharibəsi olmasaydı, siz, NATO üzvləri buna cəlb olunacaqdınız. O, bunun qarşısını aldı”, - Belarus dövlət başçısı bildirib.

Lukaşenko iddia edib ki, Amerika lideri hələ edilə biləcək hər şeyi etməyib.