İran yeraltı raket obyektlərində buraxılış qurğularının inkişafı üçün Şimali Koreyanın təcrübəsindən yararlanıb.

Bakues.az xəbər verir ki, bu barədə “Aram News” Ağ Ev və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəsmilərinə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, koreyalı mütəxəssislər bəzi buraxılış qurğusu modellərinin hazırlanması məqsədilə iranlı mütəxəssislərlə məsafədən əməkdaşlıq ediblər. Amma ABŞ və Avropa sanksiyaları, eləcə də qabaqcıl komponentlərin çatışmazlığı Tehranın raket potensialını bərpa etmək üçün qarşıya qoyduğu məqsədlərə çatmasına mane olub.

ABŞ kəşfiyyatının qiymətləndirmələrinə əsasən, son müharibə zamanı İranın raket buraxılış qurğularının 80 faizi məhv edilib. Tehran indiyədək müharibədən əvvəlki imkanlarının yalnız təxminən 40 faizinə bərabər potensialı bərpa edə bilib.