İtaliya Ukraynaya dəstəyi öz milli maraqlarından üstün tutmaq niyyətində deyil.
Bakues.az "Corriere della Sera" qəzetinə istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni deyib.
“Ukraynaya dəstəklə bağlı mövqeyimiz dəyişməz qalır, lakin bu, heç vaxt milli maraqlarımızın qorunmasından üstün olmayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin noyabrın 22-də Liviyanın Benqazi limanına edilən PUA hücumu zamanı Qərb müttəfiqləri ilə koordinasiyalı hərəkət etdiyini iddia edib. İtaliyanın xarici işlər naziri Antonio Tayani isə Romanın bu əməliyyatdan xəbərdar olmadığını bildirərək iddianı təkzib edib.




