Abşeron rayonu, Məmmədli qəsəbəsi, Sabit Rəhmanov küçəsinin sakinləri üç gündür susuzluqdan əziyyət çəkirlər.
Bu barədə Bakues.az-ın “Qaynar Xətt”inə şikayət daxil olub.
Sakinlər bildirirlər ki, suyun verilməməsi səbəbindən evlərində kombilər də işləmir. Soyuq havada həm susuz, həm də istiliksiz qalan vətəndaşlar problemin nə zaman həll olunacağını bilmirlər.
Şikayətlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanlamışıq.




