Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana səfərini başa vuraraq vətənə yola düşüb.
Bu barədə Bakues.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisdə keçirilən və "Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər" mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak edib.
Forum çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında "Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027–2028-ci illər üçün praktiki tədbirlər planı" ("Yol xəritəsi") imzalanıb. Bundan əlavə, hər iki parlamentin spikerlərinin iştirakı ilə Milli Məclis və Özbəkistan Ali Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib.




