Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı müvəqqəti işlər vəkili Ramona Krasovskanı çağırıb.

Bakues.az xəbər verir ki, bu barədə Rusiyanın diplomatik qurumunun məlumatında bildirilib.

“Latviyanın Rusiya səfirliyinin Riqadakı konsulluq şöbəsinin sosial təminat bölməsində yerli işə götürülmüş əməkdaşlarla əmək münasibətlərinə xitam verilməsi barədə ultimatum xarakterli tələbi ilə əlaqədar noyabrın 23-də Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili R. Krasovska Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata bu kontekstdə hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətində yaranan problemlərin mahiyyəti izah olunub”, - Rusiya XİN-dən qeyd edilib.

Rusiya XİN-də latviyalı diplomata Latviyanın Moskvadakı səfirliyinin əməkdaşlarının işə qəbulu qaydalarına dair nota da təqdim olunub.