Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununun hakimləri müəyyənləşib.

Bakues.az-ın məlumatına görə, Liqa mərhələsinin V turunun qarşılaşması Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Nicholas Walsh idarə edəcək.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.