Milli Məclis Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələrinin genişləndirilməsi və istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin icbari sığortalanması ilə bağlı qanun dəyişikliklərini qəbul edib.
Bakues.az xəbər verir ki, dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, eləcə də könüllü fəaliyyət iştirakçıları istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanacaqlar.
Bundan əlavə, müvafiq icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələri Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələrinə daxil ediləcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.




