Nikahın pozulması halında ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 18 yaşdan 23 yaşa qədər uzadılması təklif olunub.
Bakues.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Məlahhət İbrahimqızı parlamentin bugünkü plenar iclasında çıxış edib.
Deputat bildirib ki, qanunvericiliyə əsasən, ailə başçısını itirən uşağa 18 yaşına qədər, əyani təhsil aldıqda isə 23 yaşınadək dövlət tərəfindən aylıq müavinət ödənilir: Lakin nikahın pozulması halında aliment yalnız 18 yaşa qədər ödənilir. Belə olan halda ali məktəbə qəbul olan gənclərin təhsil xərcləri ilə əlaqədar dəstəyə ehtiyacı olur.
"Ona görə də, alimentin verilməsi müddətinin artırılmas məqsədəuyğun olardı", - deyə o əlavə edib.




