Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış birgə müdafiə haqqında Məkkə Sazişini təsdiqləyib.

Bakues.az xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamı hökumətin rəsmi nəşri olan “Resmi Gazete”də dərc olunub.

Pakistan və Səudiyyə Ərəbistanı daha əvvəl sazişin ratifikasiya prosedurlarını başa çatdırıblar. Sənədə əsasən, saziş çərçivəsində yaradılmış Birgə Müdafiə Komitəsinin katibliyinə sonuncu ratifikasiya sənədi təqdim edildikdən sonra qüvvəyə minəcək.

Saziş 2026-cı il avqustun 7-də Məkkədə imzalanıb. Saziş tərəflərdən birinə xarici silahlı hücum baş verəcəyi təqdirdə digər iştirakçıların qarşılıqlı hərbi yardım göstərməsini nəzərdə tutur. Belə bir vəziyyətdə müttəfiqlər mövcud qarşılıqlı dəstək imkanlarından istifadə etməklə hücuma məruz qalan tərəfə dərhal yardım göstərəcəklər.