Türkiyənin Rizə vilayətinin Çayeli rayonunda çay sahəsinə xarici mənşəli olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) düşüb.
Bakues.az xəbər verir ki, hadisə gecə yerli vaxtla saat 01:30 radələrində rayonun Köprübaşı kəndində qeydə alınıb.
PUA-nın düşməsi nəticəsində yaxınlıqdakı 4 evin şüşələri sınıb, tələfat olmayıb.
Əraziyə jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Ətrafda təhlükəsizlik tədbirləri görülüb, aparatın qalıqları toplanaraq araşdırılması üçün aparılıb.
1 dəqiqəlik oxu
Türkiyənin Rizə vilayətinə pilotsuz uçuş aparatı düşüb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



