UEFA İngiltərə Futbol Assosiasiyasını 15 min avro cərimələyib.
Bakues.az Avropa futbol qurumuna istinadən xəbər verir ki, buna səbəb UEFA Millətlər Liqasında noyabrın 15-də baş tutan İspaniya- İngiltərə (2:3) matçında qonaq azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli davranışı olub.
Bundan əlavə, quruma tərəfdarlarına UEFA-nın bayrağı altında keçirilən milli komanda yarışlarının 1 səfər oyunu üçün bilet satışına tam məhdudiyyət qoyulub. Sözügedən sanksiya qərarın qəbul edildiyi tarixdən etibarən 2 illik sınaq müddəti ilə şərti tətbiq edilib.
Qeyd edək ki, sınaq müddəti nəzərdə tutulan intizam tədbirləri dərhal qüvvəyə minmir, lakin bu dövr ərzində oxşar xarakterli növbəti pozuntuya yol verilərsə, icra oluna bilər.




