Avropa, Şimali Afrika və Yaxın Şərq ölkələrində keçirilən beynəlxalq əməliyyat zamanı 65 nəfər saxlanılıb.

Bakues.az xəbər verir ki, bu barədə İnterpolun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə məqsədilə keçirilən "8-ci Neptun" əməliyyatı 18 ölkəni əhatə edib.

Əməliyyat çərçivəsində terrorçu qruplaşmalarda və terror fəaliyyətində iştirak etməkdə şübhəli bilinən şəxslər Əlcəzair, Tunis və Albaniyada saxlanılıb.