İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ı könüllü şəkildə silahı yerə qoymayacağı təqdirdə Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyata başlayacaqları ilə hədələyib.
Bakues.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
"Ya HƏMAS könüllü olaraq tərksilah ediləcək və Qəzza zolağı ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq silahsızlaşdırılacaq, ya da İsrail Müdafiə Qüvvələri “Gideonun arabası 2” əməliyyatına başlayaraq bunu həyata keçirəcək. Bu, bir milyon qəzzalının cənuba köçürülməsini və ərazinin Rəfah və Beyt Hanun modelinə uyğun olaraq təmizlənməsini əhatə edəcək”, - deyə Katz bildirib.
O əlavə edib ki, İsrail Qəzza sakinlərinin anklavı könüllü şəkildə tərk etməsini təşkil etmək üçün lazımi infrastruktura malikdir.
1 dəqiqəlik oxu
İsrail HƏMAS-ı hədələdi

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



