Almaniyanın Kel şəhərində mənzillərdən birində eyni ailənin 5 üzvünün meyiti aşkarlanıb.
Bakues.az xəbər verir ki, bu barədə “Die Zeit” məlumat yayıb.
Məlumata görə, daha iki uşaq - 12 yaşlı oğlan və 11 yaşlı qız isə kritik vəziyyətdədir:
“Mənzildə yaşayanların ölümünə səbəb kimi qaz sızması göstərilir. Həlak olanlar erməni ailəsi olub. Ölənlər arasında 46 yaşlı ata, onun 74 yaşlı anası və 10–14 yaş aralığında olan üç uşaq var. Hadisə barədə noyabrın 23-də səhər saatlarında məktəbdə uşaqların dərsə gəlməməsindən narahatlıq yarandıqdan sonra məlumat əldə edilib. Polisə, daha sonra isə yanğınsöndürmə xidmətinə müraciət olunub. Yanğınsöndürənlər mənzilə baxış keçirdikdən sonra müstəntiqlər araşdırmaya başlayıblar. Hazırda müstəntiqlər hadisənin texniki nasazlıq, yoxsa cinayət nəticəsində baş verdiyini araşdırırlar”
1 dəqiqəlik oxu
Almaniyada erməni ailəsinin 5 üzvü ölü tapılıb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



