Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi və “OBA” marketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda təltif olunublar.
Bakues.az xəbər verir ki, “Araz” gənclərin və qadınların məşğulluğunun təminatına verdiyi töhfələrə görə iki nominasiya üzrə təşəkkürnamə ilə təltif olunub: “Gənclərin məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” və “Qadınların məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə”.
“OBA” isə “Müharibə veteranlarının məşğulluğunun təmin olunmasına verdiyi töhfəyə görə” nominasiyası üzrə təşəkkürnamə ilə təltif olunub.
Təşəkkürnamələri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Araz” və “OBA”nın nümayəndələrinə şəxsən təqdim edib




