Çin və Qırğızıstan 2028-ci ilədək elektrik enerjisi sistemlərini birləşdirməyi planlaşdırır.
Bakues.az "Rg.ru"ya istinadən xəbər verir ki, layihə Qırğızıstana Çindən elektrik enerjisi idxal etməyə, həmçinin sərhədyanı sənaye parkını elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.
Bu məsələ Çinin Çindao şəhərində keçirilən Qırğızıstan-Çin Elektrik Enerjisi üzrə İşçi Qrupunun ilk iclasında müzakirə olunub.
Qırğızıstanın energetika naziri Altınbek Rıysbekovun sözlərinə görə, tərəflər gələn ilin dekabrında ölkələr arasında sərhədlərarası yüksək gərginlikli elektrik ötürücü xəttini istifadəyə verə bilərlər. Bu xətt iki ölkənin enerji sistemlərini birləşdirəcək.
Görüşdə Çin tərəfini Çinin Dövlət Enerji İdarəsinin rəhbəri Van Hunçji təmsil edib.
Çin on ildən artıqdır ki, Qırğızıstanın enerji sisteminin modernləşdirilməsi və inkişafına dəstək göstərir. Bu əməkdaşlıq çərçivəsində ölkənin paytaxtındakı istilik elektrik mərkəzi yenilənib, həmçinin CASA-1000 beynəlxalq layihəsində iştirak məqsədilə yeni elektrik ötürücü xətti inşa edilib.
CASA-1000 layihəsi Qırğızıstanda ilin isti aylarında istehsal olunan artıq elektrik enerjisinin Cənubi Asiya ölkələrinə ixracını nəzərdə tutur.
Lalə




