Bu gün Avropa Parlamentində "Paata Burçuladzenin işi və "Gürcü Arzusu" rejimi şəraitində siyasi məhbuslar" adlı qətnamə layihəsi üzrə debatlar keçiriləcək.

Bakues.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi saytında məlumat yayımlanıb.

Məlumata görə, müzakirələr Strasburqda başlayacaq. Bundan əlavə, Avropa Parlamentində sözügedən qətnamə layihəsi üzrə səsvermə də nəzərdə tutulub.

"Paata Burçuladzenin işi və "Gürcü Arzusu" rejimi şəraitində siyasi məhbuslar" adlı qətnamə layihəsi üzrə səsvermə noyabrın 26-da keçiriləcək.

Lalə