Azərbaycanla Litva arasında 45 sənəd mövcuddur və hazırda 7 sənəd üzərində iş aparılır.

Bakues.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat üçün brifinqdə deyib.

İki ölkə arasında 45 sənəd mövcuddur, 7 sənəd üzərində hazırda iş aparılır.

Bugünkü görüş zamanı iqtisadi-ticarət sahəsi ətrafında da fikir mübadiləsi aaprdıq. Qənaət budur ki, hazırlı ticarət dövriyyəsi qənaətbəxş deyil, potensialımız daha yüksəkdir. Bəlli baxışımız odur ki, bu istiqamətdə lazımi addımlar atılacaq.

Nazir deyib ki, litvalı həmkarı ilə bir qrup şirlət rəhbələri də Baklya gəlib və sabah iki ölkə arasında biznes forum təşkil olunacaq. Bu isə, şübhəsiz, qarşlıqlı iş birliyi üçün olduqca önəmlidir.

Biz iki dövlətin əlaqələndirici qurumları olaraq iş adamlarından əlaqəlrin yüngülləşdirilməsi üçün, dəstək üçün lazımi mexanizmləri də müzakirə etməyi razılaşdıq.