Azərbaycan TRİPP layihəsinin qısa müddətdə icra edilməsini arzulayır.
Bakues.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir vurğulayıb ki, ərazidə müəyyən işlərə başlanılıb:
"Bizim üçün layihənin önəmi bir çox aspektdə özünü göstərir. Bunlardan birincisi Naxçıvanla manesəiz gediş-gəlişin təmin olunmasıdır. Daha sonra regional konteksi də qeyd etmək lazımdır, çünki bu dəhliz regionun bütün ölkələri üçün əlavə imkanlar açacaq. Biz hesab edirik ki, bu Cənubi Qafqaz ölkələri üçün əlavə üstünlüklər verəcək. Hesab edirik ki, TRIPP yükdaşımalara faydalı olacaq və əlavə yükdaşımalar üçün zəmin rolunu oynayacaq".
C. Bayramov xatırladı ki, TRIPP layihəsi barədə razılaşma tarixi Vaşinqton sammiti ilə əldə olunub, ötən müddət ərzində ABŞ-Ermənistan arasında danışıqlar, hazırlıq, müvafiq şirkətin tapılması ətrafında müzakirələr aparılıb və Azərbaycan tərəfi məlumatlandırılıb.
1 dəqiqəlik oxu
Azərbaycan XİN rəhbəri: TRİPP layihəsinin qısa müddətdə icra edilməsini arzulayırıq

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.


