Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb.
Bakues.az xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucovanı avtomobil vurub.
Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqəlik oxu
Qubada avtomobil piyadanı vuraraq öldürüb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



