Azərbaycanda körpənin ölümü ilə bağlı hadisə baş verib.
Bakues.az "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə Sabirabad Regional Perinatal Mərkəzində qeydə alınıb.
Belə ki, Ucar rayonunun Alpı kənd sakini, 1997-ci il təvəllüdlü N.Hüseynovanın 14 günlük oğlan övladı xəstəxanada dünyasını dəyişib.
Məlumata əsasən, körpə noyabrın 12-də Ucar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə, hamiləliyin 6-cı ayında dünyaya gəlib. Doğuşdan üç gün sonra vəziyyəti ilə əlaqədar Sabirabad Regional Perinatal Mərkəzinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqəlik oxu
Azərbaycanda 14 günlük körpə xəstəxanada ÖLÜB

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



