Gəncə şəhərində yerləşən köşklərdən birindən 2500 manat dəyərində tütün məmulatları, müxtəlif içkilər, kompüter və ofis avadanlıqları oğurlanıb.
Bakues.az "APA"ya istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə oğurluq edən əvvəllər məhkum olunmuş H.Quliyev saxlanılıb. Onun köşkdən oğurluq etməsi anbaan müşahidə kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə H.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırıma aparılır.
1 dəqiqəlik oxu
Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



