Bakının Xətai rayonunda baş verən dava zamanı 21 yaşlı gənc bıçaqlanıb.

Bakues.az xəbər verir ki, hadisə rayonun Vunqtau küçəsində qeydə alınıb.

Masazır qəsəbə sakini, 2005-ci il təvəllüdlü Ramal Ələkbərov Vunqtau küçəsi, bina 16-nın qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. 

Bıçaq xəsarətləri alan R.Ələkbərov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.