İran Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus daha bir kəşfiyyat xarakterli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

Bakues.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

İran hərbçilərinin iddiasına görə, ABŞ PUA-sı Fars körfəzi üzərində uçuş həyata keçirərkən aşkar edilib. 

Hörmüz boğazına yaxınlaşdığı zaman isə hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.