Ukrayna və Rusiya arasında genişmiqyaslı hərbi əsir mübadiləsinin ilk mərhələsi noyabrın sonu - dekabrın əvvəlində baş tuta bilər.
Bakues.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təxminən min nəfərin qaytarılması planlaşdırılır: "Lakin mübadilə bir neçə mərhələdə aparılacaq, çünki onu bir gün ərzində həyata keçirmək çətin ki, mümkün olsun".
"Birinci mərhələ Milad bayramından əvvəl baş tutmalıdır. Noyabrın sonu, dekabrın əvvəli ilk hərbi əsirlərin qayıtmalı olduğu az-çox real tarixlərdir", - K.Budanov prosesin artıq Rusiya tərəfi ilə razılaşdırıldığını dəqiqləşdirərək qeyd edib.
O, həmçinin ümid edir ki, ilin sonunadək Ukrayna təkcə hərbi əsirləri deyil, həm də mülki şəxsləri geri qaytara biləcək. Xüsusilə, söhbət Zaporojye və Xerson vilayətləri sakinlərinin qaytarılmasından gedir.
1 dəqiqəlik oxu
Budanov: Ukrayna və Rusiya arasında əsir mübadiləsi dekabrda başlaya bilər

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



