“Estoniyalı həmkarıma Azərbaycan-Ermənistan postmünaqişə dövrü, o cümlədən Azərbaycandan Ermənistana neft məhsullarının daşınması, dövlət qurumlarının rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq, həmçinin TRIPP və Ermənistanda yeni Konstitusiya məsələləri barədə məlumat verdim”.
Bakues.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.
Nazir görüş zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı da fikir mübadiləsi aparıldığını bildirib.
C.Bayramov, həmçinin Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik və bunun təhlükəsizlik baxımından mənfi təsirləri ətrafında müzakirələr apardıqlarını diqqətə çatdırıb.
Onun sözlərinə görə, vasitəçilik mövqeyində olan aktorlar və ölkələrlə bağlı da qarşılıqlı fikir mübadiləsi aparılıb.




